Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, bunu nazir özü Türkiyədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycana Yunanıstana səfərdən sonra gedəcək.
Nazirin sözlərinə görə, Yunanıstana səfər mayın 31-də planlaşdırlılıb.
Bundan başqa, M.Çavuşoğlu iyunun 12-14-də Belçikaya səfər edəcəyini açıqlayıb.