“Sahibkarlığın inkişafı üçün dövlət tərəfindən addımlar atılır. Qlobal təhdidlərə baxmayaraq Azərbaycanda milli iqtisadi sistem dayanıqlığını qoruyub saxlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında deputat Eşad Mirbəşiroğlu deyib.
O, diqqəti işsiz qalan gənclərlə bağlı məsələyə çəkib:
“Dünyda işsiz qalan gənclərin sayı ildən ilə artır. Son rəqəmlərə görə, onların sayı 300 milyon nəfərdən artıqdır. Bu şəxslərin təxminən 20 faizi sahibkarlıqla məşğul olmaq imkanlarına malikdir. Azərbaycan dövləti qlobal təhdidlərin qarşısını almaq üçün priventiv addımlar atır. Ölkədə gənc sahibkarlığın inkiaşfı istiqamətində müxtəlif layihələr, proqramlar var. Bu istiqamətdə intensivliyin artırılması arzu ediləndir. Ölkəmizdə gənc sahibkarlığın inkişafı məsələsinə diqqət ayrılmalıdır. Ağdamda sənaye parkının yaradılması haqda qərar var. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərdə gənc sahibkarlığın inkişafı məsələsinin prioritet kimi götürülməsi müsbət hadisə olardı”.