“Fransa Prezidenti Emmanuel Maktonun Nikol Paşinyanla görüşdə səsləndirdiyi fikirlər, İrəvanın Azərbaycan-Ermənistan sərhədində insident yaratmaq cəhdlərinin haradan və kimdən qaynaqlandığını tam dəqiliyi ilə ortaya qoyur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert qeyd edib ki, Paşinyan və ətrafının sərhədlərin delimitasiya və demarkasiyası prosesi ilə bağlı və heç bir tutarlı əsas olmadan KTMT müraciətlərinin təməlində də Ermənistanın “böyük bacı”sının təlimatlarının dayandığı şübhə doğurmur:
“Paşinyan Rusiyanın və onun dominat rol oynadığı KTMT-nin sərhədlərin delimitasiya və demarkasiya prosesinə müdaxilə etməsi üçün hər hansı bir əsasın olmadığını yaxşı bilir. Amma buna baxmayaraq, “KTMT-dən yardım istəmək” taktikasını fasiləsiz olaraq davam etdirməklə, ölkə daxilinə sözügedən hərbi-siyasi ittifaqın Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcəyi mesajını verir. Bu isə, şübhəsiz ki, bölgədə yenidən “zühur” etmək istəyən, bunun üçün aşırı fəallıq göstərən siyasi mərkəzlərin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın daha çox marağındadır. Paşinyanın Emmanuel Makronla görüşündə qorxaqcasına, açıq ünvan və hədəf göstərmədən Rusiyanın əleyhinə deyinməsi də bunu sübuta yetirdi. Necə təqdim olunmasından asılı olmayaraq, Nikolun davranışları onun Emmanuelə hesabat verməyə gəldiyi təəssüratını yaratdı. Elə Makron da verdiyi təlimatların qarşılığında hesabat tələb edən tərəf təsirini bağışladı. Əks təqdirdə, medianın qarşısında Paşinyanın protokola və dövlətlərarası münasibətlərin etikasına uyğun gəlməyən açıqlamalarına imkan yaratmaz, yaxud diplomatik jestlə Nikolun deyingən qarı kimi alt dodağını sallayaraq, mırıldadığı dedi-qodusuna təbəssümlə qarşılıq verməzdi.
Qeyd edim, Fransa 1958-ci ildən, “Beşinci respublika”nın elan olunduğunu ehtiva edən konstitusiyanın qəbul olunduğu gündən 10 prezidentin hakimiyyətinə şahidlik edib – Şarl de Qolldan Emmanuel Makronadək... Bu cümlənin sonunda “gorun çatlasın, Şarl de Qoll” deyib, yazıya nöqtə qoya bilərdim. Amma Azərbaycan torpaqlarının işğal edildiyi zaman kəsiyindən Fransaya rəhbərlik edən şəxslərin də kimliyinə diqqət çəkməyin faydalı olacağını düşünürəm. Fransua Mitteran, Jak Şirak, Nikola Sarkozi, Fransua Olland... Adıçəkilən dövlət başçılarından heç birini, hətta Sarkozi və Ollandı belə Makronla müqayisə etmək mümkün deyil. Fransanın Makrondan öncəki 4 prezidenti, şübhəsiz ki, Ermənistana - ehtiyac duyulduqda özünü dünyanın “ən qədim xalqı”, “xristianlığı hamıdan öncə qəbul edən millət” kimi təqdim edən, zərurət yarandıqda isə “kiçik bacı” olmaqdan həzz alan bir toplumun baş tutmayan marionet dövlətinə Fransada yaşayan ermənilərin gözü ilə baxıblar, amma fransız qalıblar”.
Elçin Mirzəbəyli qeyd edib ki, Makron yalanı yalana calayan, qurşaqdan aşağı əlinə keçən nə varsa başına çəkib qaraqışqırıq salan klassik erməni təbliğatçısı kimi davranır:
“Makrona qədər “erməni xəstəliyi”nin başqa xalqların təmsilçilərini yoluxdurmadığını, konkret etnik qrupa aid olduğunu düşünürdüm. Fransanın fəfəaliyyətdə olan prezidentinin davranışları isə nəinki mənim, bütün tibb elminin gəldiyi qənaəti alt-üst etdi və sübuta yetirdi ki, “erməni xəstəliyi”nin mikrobu Makronun canına elə düşüb ki, həqiqətə 1 mikron belə yaxın düşə bilmir.
Azərbaycan torpaqlarının işğalda olduğu dövrdə Ermənistana bircə dəfə də olsun, “ay bacı, özgəsinin torpaqından çıx” deməyən, əksinə işğalın davam etməsi üçün əlindən gələni əsirgəməyən Emmanuel “Azərbaycan qoşunları Ermənistandan çıxmalıdır” deyir. Bu böyüklükdə yalanı, hətta ermənilərin belə ən həyasızı, ən simasızı və ən rəzili deyə bilər. Təxminən Nikol Paşinyan kimi birisi... Amma Nikolun özü belə “Azərbaycan qoşunları” ifadəsini işlətmir, əsgərlər, hərbçilər deyir. Görünür, ermənidən artıq erməni olmaq belə olurmuş”.