11 İyun 2021 13:43
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunduqdan sonra Şuşaya səfər edəcək ilk xarici dövlət başçısıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə deyib.

Deputat Türkiyə liderinin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib:

“Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, xüsusilə işğaldan azad edilmiş Şuşaya səfəri iki dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafı baxımından önəmlidir. O, ilk xarici dövlət başçısı olacaq ki, azad olunduqdan sonra Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşaya səfər edəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər