15 İyun 2021 15:54
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunmuş ərazilərə yenidən həyat qayıdır. Erməni vandallarından fərqli olaraq qurub yaradan əllər bu tarixi ərazilərimizə yenidən nəfəs verir. Çünki bu torpaqların əsl sahibləri bizik. 10 illiklər burada daşı daş üstə qalmağa qoymayan barbar ermənilərdən fərqli olaraq Azərbaycan xalqı özünə məxsus torpağa necə sahib çıxdığını bir daha dünyaya nümayiş etdirir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, bu gün tarixi Azərbaycan torpaqlarında ucalan şanlı bayrağımızın kölgəsində böyük quruculuq-abadlıq işləri aparılır: “Tarixi Zəfər yolu inşa edilir. Ağdam, Füzuli, Zəngilan, Şuşada və digər azad olunan torpaqlarımızda başlanan bərpa, yenidənqurma işləri geniş vüsət alıb”.

Millət vəkili Füzuli Beynəlxalq Hava Limanının tikintisinin bütövlükdə bölgə üçün yaradacağı imkanların misilsiz olduğunu söyləyib: “Beynəlxalq əhəmiyyətli hava limanı bölgəyə, tarixi torpaqlarımıza gediş-gəlişin asanlaşmasına, intensivləşməsinə, bunun müqabilində bu əraziyə artacaq marağa səbəb olacaq. Bu, eyni zamanda bölgədə həyatın, iqtisadiyyatın, iş imkanlarının daha geniş spektorda inkişafına zəmin yaradacaq. Sözsüz ki, ətraf mühitə 10 illiklər vurulan ziyanın aradan qaldırılması, ekologiyanın, təbiətin yenidən canlanması üçün təbii ehtiyatlardan istifadə başlıca şərtdir. Bu məqsədlə təbii su mənbələrinin yenidən bərpası və istifadəsi üçün mühüm addımlar atılır. Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının yenidən Azərbaycan təbiəti, kənd təsərrüfatının canlanmasında mühüm əhəmiyyəti olacaq”.

Məlahət İbrahimqızı su anbarının məhz ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilərək bu günümüzə, gələcəyimizə hesablanan mühüm konsepsiya olduğunu deyib: “İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə onun qarşısını kəsirdi. Mənfur düşmən daşqınlar zamanı və yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdı. Torpaqların azad olunmasından sonra su anbarları, çaylar, su resursları Azərbaycanın nəzarətindədir. Bu isə ölkədə kənd təsərrüfatının inkişafına başlıca imkan yaradacaq”.

Millət vəkili hesab edir ki, Əhmədbəyli-Füzuli-Şuşa və Zəfər yolunun əhəmiyyəti olduqca böyükdür: “İşğaldan azad olunmuş ərazilərdə icra edilən nəqliyyat infrastruktur layihələri bölgənin daha tez bir zamanda inkişafına zəmin yaradacaq. Eyni zamanda bölgədə daimi elektrik enerjisi ilə təchizat baxımından da zəruri işlər görülür. Bu baxımdan yeni tikilən “Füzuli” və “Şükürbəyli” yarımstansiyaları işğaldan azad olunmuş ərazilərdə enerji infrastrukturu layihələrinin icrasında əsas faktor olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər