22 İyun 2021 11:25
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı gözəlləşir, modern üslublu binalar tikilir. Xaricdən gələn qonaqlar da bunu qeyd edir, əvvəlki səfərləri ilə müqayisədə inkişaf etdiyini deyirlər. Sakinlərimiz də bunu bildirirlər. Ancaq Bakıda hələ də bəzi əskikliklər var.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O ötən gün Yasamalda baş verən yanğın hadisəsini xatırladıb:

“Yanğın olan əraziyə yanğınsöndürənlər vaxtında daxil ola bilmədi. Çünki evlər elə sıx tikilib ki, avtomobil ora daxil ola bilmir. Əgər təcili tibbi yardım avtomobilinin xəstəni vaxtında xəstəxanaya çatdırması üçün yol infrastrukturu yoxdursa, bu barədə ciddi düşünmək lazımdır”.

Pilot layihələr haqqında da danışan deputat bildirib ki, insanlar narahatdır:

“Onlar 3-4 il ərzində kirayədə qalır, amma binalar tikilib başa çatmayıb. İş adamından bu haqda soruşanda verdiyi rüşvətləri qeyri-rəsmi səsləndirir və insan dəhşətə gəlir. Eyni zamanda binalar elə tikilməlidir ki, insan sağlamlığına xidmət etsin. Sabah orada bir hadisə baş verəndə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri vaxtında əraziyə daxil ola bilsin".


Müəllif: Nemət