22 İyun 2021 11:49
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

“182 min doktorant var. Hesab edirəm ki, bu məsələ problemi həll edəcək. Balı yüksək olanlara yox, maddi imkanı aşağı olanlara kömək etmək lazımdır. Təhsil Nazirliyinin bu məsələni diqqətdə saxlamasını xahiş edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında tələbə kreditləri haqda danışarkən deyib.

Aydın Mirzəzadə həmçinin hərbi xidmətə getdiyinə görə, sonradan təhsil ala bilməyən gənclərin problemlərinə də diqqət çəkib:

“Bir çox gənc hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirə bilmir. Tələbə təhsil kredit fondu ilk növbədə onlara imkan yaratmalıdır. Həmin gənclər gələcəkdə yaxşı mütəxəssis, dövlət işçiləri ola bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər