22 İyun 2021 13:00
310
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab sədr, siz çıxışınız zamanı bu məsələyə toxundunuz, bəli, bu gün tarixi gündür. 1918-ci ildən 2021-ci ilə qədər, yəni 103 il biz bu vəziyyəti yaşamışıq. 103 il ərzində Azərbaycanın türklüyündən imtina etməsi üçün çalışıblar, ona bunu unutdurmağa çalışıblar”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Sabir Rüstəmxanlı deyib.

O əlavə edib ki, 103 ildən sonra bu xalq türkçülük olduğunu, Türkiyə ilə bərabər olmağın vacibliyini ortaya qoyub: “Bunun üçün 103 il gözləmək lazım deyildi. Biz bunu adlayıb gəlmişik. Nə yaxşı ki, həyat hər kəsi öz yerində oturtdu. Allahın bu gününə şükürlər olsun”.


Müəllif: Nemət