Almaniyanın Azərbaycandakı səfirinin Ermənistandan Azərbaycana axan Oxçuçayın çirklənməsində Almaniyanın “CRONIMET Holding GmbH” şirkətinin iştirakına dair media sorğusuna cavabı qəbuledilməzdir. Belə ki, bu şirkət illərlə bölgədə yatağa sahib olaraq istismar edib, ətraf mühitin çirklənməsinə görə məsuliyyət daşıyıb və hazırda da daşıyır.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O bildirib ki, alman qanunlarına əsasən bənzər hallarla əlaqədar şirkətlər sərt şəkildə məsuliyyətə cəlb ediləcəklər:
“Beynəlxalq media illərdir bu məsələni qaldırır. Erməni rəsmiləri də Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra ətraf mühitin çirklənməsinə görə narahatlıqlarını ifadə edib. Məsələdə adı çəkilən Ermənistanın Zəngəzur Mis-Molibden Kombinatı (burada Zəngəzur adı da diqqəti çəkir) Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana bağlılığı ilə tanınıb. Bu kimi əməliyyatlar tək Azərbaycanda deyil, Ermənistanda da ciddi fəsadlara səbəb olur. https://oc-media.org/armenian-authorities-open-criminal-investigation-into-toxic-mining-spill
Bir sözlə, ətraf mühit problemlərinə laqeyd yanaşma regiona mənfi təsir edir. BMTM bir neçə ay öncə keçmiş işğal olunmuş ərazilərdə mövcud olmuş eyni problemlə bağlı ətraflı tədqiqat hazırlayıb. Materialla aşağıdakı linkdən keçid edərək tanış olmaq olar:
Fərid Şəfiyev bildirib ki, nəticə etibarı ilə bütün bunlar Ermənistanın özünə də təsirsiz ötüşməyəcək:
“Problemi beynəlxalq səviyyədə əməkdaşlıq etməklə tamamilə həll etmək mümkündür. Almaniya məsuliyyətdən boyun qaçırmaq əvəzinə, problemin qəti həlli üçün addım atmalıdır”.