Milli Məclisin bir qrup deputatı Moldovada keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Kişinyov şəhərinə səfər edəcəklər.
Teleqraf.com xəbər verir ki, deputatlar Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə komitəsinin, Jalə Əliyeva MDB Parlamentlərarası Assambleyasının xətti ilə, Elnur Allahverdiyev GUAM Parlament Assambleyasının missiyasında, Elşad Mirbəşir oğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi tərəfindən prosesə qatılacaqlar. Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların fəallığını izləyəcək.