“Azərbaycan Avropaya enerji resurslarlarının ən etibarlı təchizatçısıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransı zamanı deyib.
Prezident Avropaya enerji tədarükünün şaxələndirilməsində Azərbaycanın rolunu da qeyd edib.
İkinci Qarabağ müharibəsindən sonra bölgədəki bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb deyən Dövlət başçısı bildirib ki, Şarl Mişellə görüş zamanı bölgədəki münaqişədən sonrakı inkişaf məsələsi də müzakirə olunub.