Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət sistemi saxlanılmalıdır.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrində Baş Qərargah rəisi Artak Davtyan deyib.
“Peşəkar orduya keçid prosesi çoxdan başlayıb və davam edir. Bu prosesi sürətləndirmək məsələsi indi daha aktualdır. Addım-addım buna doğru irəliləyəcəyik”, - deyə məğlub ölkənin generalı bildirib.
O əlavə edib ki, yaxşı təlim keçmiş mütəxəssislər vəzifələrini daha yaxşı yerinə yetirirlər:
“Amma bu, Ermənistanın Silahlı Qüvvələrinin qarışıq idarəetmə prinsipindən imtina edəcəyi anlamına gəlmir. Məncə, təcili xidmət qorunmalıdır. Başqa bir məsələ, məcburi xidmət müddətinin azaldılması kimi məsələlərdir ki, onlar da müzakirə edilməlidir”.