24 Sentyabr 2021 21:24
5 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Ərdoğanın Krımla bağlı mövqeyi əslində Türkiyə liderinin Qarabağ məsələsində də prinsipial mövqe nümayiş etdirəcəyindən xəbər verir. Çünki Krımla Qarabağı müqayisə etsək görərik ki, Qarabağ Ərdoğan üçün daha vacib və əhəmiyyətlidir. Üstəlik nəzərə almaq lazımdır ki, Ərdoğan həm də NATO-nun adından danışır. Bu mənada Türkiyənin bəzi məsələlərdə tutduğu mövqe həm də NATO-nun mövqeyi kimi dyərləndirilməlidir. Bu baxımdan mən indi regionda baş verən proseslərin Azərbaycanın xeyrinə olduğunu dəyərləndirirəm".

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Soçidə baş tutması gözlənilən Türkiyə və Rusiya prezidentləri arasında görüş haqqında danışarkən deyib.

Sərdar Cəlaloğlu eyni zamanda bildirib ki, Azərbaycan bölgədə daha dişli siyasət həyata keçirməlidir.

Onun sözlərinə görə, Azərbaycan əleyhinə Rusiyadan verilən bəyanata, eləcə də sülhməramlıların Xankəndindəki fəaliyyəti ilə bağlı biz daha kəskin bəyanatlar verməliyik ki, sonradan daha ciddi problemlər meydana çıxmasın”.

Partiya sədri bildirib ki, Soçidə iki lider arasında tam konsensusa gəlinəcəyi ehtimalı azdır: “Tərəflərin gündəmində əsasən üç məsələ dayanır-Krım, İdlib və Qarabağ. Bu məsələlərdə müəyyən mənada güzəştlər ortaya çıxmalıdır. Məncə, Türkiyə bu variantlarından birində güzəştə gedə, digərində üstünlüklər əldə edə bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər