30 Sentyabr 2021 13:00
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilməlid, bəzi qaydalar asanlaşdırılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işlər planının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə ciddi problem olduğundan ölkəyə yeni dərman gətirmək çətin olur. Deputat eyni zamanda digər ölkələrdə istifadə olunan dərman vasitələrinin Azərbaycanda da tanınmasını təklif edib.

Komitə sədri həmçinin Türkiyədə istehsal olunan dərman vasitələrinin Azərbaycanda tanınmasını və Türkiyə qiymətinə satışının təşkilini təklif etib. O, bu məqsədlə qanunvericiliyə dəyişiklik edilməli olduğunu bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər