Milli Məclis “Normativ hüquqi aktlar haqqında” qanuna dəyişiklik edilməsi barədə layihəni təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, layihə barədə vitse-spiker Əli Hüseynli danışıb.
Əli Həsənov bildirib ki, qanun layihəsi olduqca əhəmiyyətlidir: "Qanun layihəsi parlamentdə üç oxunuşda müzakirə edilib. Burada ziddiyyət yaradan məsələlərlə bağlı vacib məqamlar var. Bu, Konstitusiya qanunu olduğu üçün 95 səs çoxluğu ilə qəbul olunmalıdır”.
Spiker Sahibə Qafarova isə bildirib ki, parlamentdə kvorum var və qanun layihəsini səsverməyə təqdim edir.
Konstitusiya qanunu səsvermə zamanı qəbul edilib.