Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi dəstəkləyir, ona yüksək etimad göstərir. Heç şübhəsiz ki, bu sevginin və dəstəyin arxasında onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasət durur. Müasir dövrdə Azərbaycan xalqı bu siyasət nəticəsində Vətən müharibəsi imtahanından üzüağ çıxmağı bacarıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, hazırda qarşıda duran ən vacib məsələlərdən biri xalqımızın birlik və həmrəyliyini qorumaqdır:
“Azərbaycan xalqı inkişaf və tərəqqiyə yalnız bu yolla nail ola bilər. Bu gün düşməni ən çox narahat edən və qorxudan məsələlərdən biri məhz xalqımızın bütün taleyüklü məsələlərdə müdrikcəsinə nümayiş etdirdiyi birlik və həmrəylikdir. Vətən müharibəsində qələbədən sonra Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən şəhid və qazi ailələri dövlətimizn yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Bu gün ölkəmizdə bu kateqoriyadan olan insanların maddi durumunun yaxşılaşdırılması, ev və avtomobillə təmin olunması istiqamətində ciddi işlər həyata keçirilir. Hazırda Prezident İlham Əliyevin özü bütün bu işləri xüsusi diqqətdə və nəzarətdə saxlayır”.
Millət vəkili bildirib ki, bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir:
“Qısa müddətdə Füzulidə beynəlxalq hava limanının inşa olunub. Zəngilanda "Ağıllı kənd" layihələrinin uğurla icra olunur. Paralel olaraq Zəfər yolunun inşası, Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin təməlinin qoyulması mühüm tarixi əhəmiyyətə malikdir. Eyni zamanda işğaldan azad olunmuş rayonların baş planlarının hazırlanlr. Artıq həmin ərazilərdə dəmir yollarının və avtomobil yollarının sürətli çəkilişi, su elektrik stansiyalarının bərpası və digər mühüm layihələrin icra edilir. Bütün bunlar Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir”.
Ceyhun Məmmədova görə, qarşıda isə bizi hələ bir çox mühüm vəzifələr gözləyir: “Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır”.