Milli Məclisdə Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının müzakirəsinə başlayıb.
Teleqraf.com xəbər verir ki, müzakirədə bir sıra deputatlar çıxış edib.
Spiker Sahibə Qafarova deyib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında layiqli yer tutur: “Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu bütün dünya görüb. Bu gün Azərbaycan Ordusunun döyüş taktikası dünyanın bir çox aparıcı ölkələrinin hərbi məktəblərində tədris olunur. Düşmən bizim ordumuzun qarşısında tab gətirə bilməyib. Biz qan tökərək düşməni tarixi torapqlarımızdan qovduq. Bu gün Azərbaycan Bayrağı Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Bu gün eyni zamanda, azad edilmiş ərazilərdə yenidənqurma, bərpa və tikinti işləri aparılır. Əminliklə söyləyə bilərik ki, Qarabağın və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən birinə çevriləcək”.
Deputat Fazil Mustafa da qələbə günü münasibəti ilə xalqı təbrik edib. Bildirib ki, Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan müharibədə qalib gəlib, iğal altında olan ərazilərdə dövlət hakimiyyətini ömürlük bərpa edib.
Deputat eyni zamanda müharibədə iştirak edib, amma indi dəstəyə ehtiyacı olan şəxslərə həssas münasibətin olmasını vacib sayıb.