Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı rəsmi Feysbuk hesabında paylaşım edib.
Teleqraf.com xəbər verir ki, nazir Azərbaycanı bu gün münasibəti ilə paylaşdığı bir şeirlə təbrik edib.
Mövlud Çavuşoğlu yazıb:
“Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Üçrəngli bayrağınla çox yaşa, Can Azərbaycan.
Can Azərbaycanın Bayraq Gününü təbrik edirəm.
Biz bir millət, iki dövlətik”.