10 Noyabr 2021 08:45
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğal dövründə ermənilər Qarabağda heç bir quruculuq işləri aparmayıblar. Çünki onlar o torpaqların əsl sahibləri deyildi. Qarabağ indi əsl sahibinə qovuşub.

Teleqraf.com xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Rumıniyanın sabiq baş naziri Petre Roman deyib.

O təxminən 4 və ya 5 ay əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olaraq Prezident İlham Əliyevlə onlayn müzakirələrinə də toxunub:

“Bizim müzakirə mövzumuz hərbi əməliyyatların doğru bir zamanda dayandırılması və Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə bağlı idi.

Bir diplomat kimi müharibədən sonra regionda yaranan sakitliyi görmək çox təsirli idi. Azərbaycan xalqı müharibəyə etiraz etmədi, əksinə güclü birlik nümayiş etdirdi. Bunun ilk səbəbi uzun illər göstərilən səbr idi. Azərbaycan çox yaxşı və xüsusi hazırlıq ilə məqsədinə çatdı. Bu çox böyük nailiyyətdir.

Lakin Azərbaycan torpaqlarına qovuşduqdan sonra orada ermənilər tərəfindən dağıdılan kəndlərlə, şəhərlərlə, tarixi-mədəni abidələrlə rastlaşdıq. İşğal dövründə ermənilər orada heç bir quruculuq işi aparmayıblar. Çünki onlar o torpaqların əsl sahibləri deyil. Qarabağ indi əsl sahibinə qovuşub.”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər