12 Noyabr 2021 18:45
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabərliyi komitəsinin sədri Tülay Kaynarca ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Hicran Hüseynova həmkarını salamlayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlərin əsl qardaşlıq ruhuna dayanaraq hər zaman irəlilədiyini bildirib.

“44 günlük Vətən müharibəsi zamanı Türkiyə bizə siyasi-mənəvi dəstək verərək yanımızda oldu vəbütün dünyaya bu qardaşlığın həmişə davam edəcəyini göstərdi”,-Hicran Hüseynova bildirib.

Həmçinin qeyd edilib ki, iki qardaş ölkə bir millət, iki dövlət olaraq çox sıx münasibətlər qurub.
Dövlət başçılarımı zcənab İlhamƏliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri dövlətlərimi zarasındakı birliyin yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.

Hicran Hüseynova qeyd edib ki, Azərbaycan MilliMəclisi və Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq, əlaqələrimizi uğurla inkişaf etdirirlər. Həmçinin parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdür.

Daha sonra komitələr arasında fikir mübadiləsi aparılaraq, görülən işlər haqqında ətraflı danışılıb və gələcəkdə də əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə fəaliyyət istiqaməti müəyyən edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər