13 Noyabr 2021 19:58
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər