17 Noyabr 2021 15:13
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanununun layihəsini birinci oxunuşda qəbul edib.

Teleqraf.com xəbər verir ki, deputatlar qanun layihəsini müzakirəsiz qəbul edib.

Qeyd edək ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir.


Müəllif: Nemət

Oxşar xəbərlər