Ukrayna Prezidenti Vladimir Zelenski dünən axşam türk həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığının təfərrüatlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Zelenski açıqlamasında Türkiyə ilə əməkdaşlığın dərinləşdiyini bildirib.
Ukrayna lideri iki ölkə arasındakı güclü əlaqələrin hər iki ordunu gücləndirdiyini də qeyd edib:
“İkitərəfli əlaqələr hər iki ölkənin ordusunu gücləndirir. Planlaşdırılan azad ticarət sazişi də iqtisadi artıma töhfə verəcək”.