“Ermənistanın Baş naziri Nikol Paşinyan yalan danışır. Paşinyan başda olmaqla ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədlərinin müəyyən edilməsinə nə razı, nə də hazırdır”.
Bunu Teleqraf.com-a hüquq professoru Rüstəm Məmmədov Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamasını şərh edərkən bildirib.
Məlumat üçün qeyd edək ki, Paşinyan bu gün hökumətinin iclasında bildirib ki, Rusiya tərəfindən sərhədin delimitasiya və demarkasiyası prosesinə başlamaqla bağlı müəyyən təkliflər alıblar və bu təkliflər əsasında işləməyə hazırdırlar.
Professor Rüstəm Məmmədov isə bildirir ki, bu, Ermənistan hökumətinin növbəti yalanıdır:
“Onlar dövlət sərhədinin müəyyən edilməsinə razı deyillər. Gözünün içinə qədər yalan danışır. Mənim qənaətimcə, onlara yumruq dəyməyincə, xeyiri olmayacaq. Onlara yumruq dəyən kimi razı olacaqlar. Onlara itkilər təsir edə bilir, amma bundan narahat deyillər. Məncə, əhalisinin yarısını da qurban versələr, onlar buna hazır deyillər. Onlara yumruq möhkəm dəyməli, İrəvan təhlükə altında qalmalı, başqa bölgələr təhlükəyə düşməlidir. Bu halda onlar sərhədlərin müəyyən edilməsinə razı olacaq”.
Sonda Rüstəm Məmmədov deyib ki, əslində bölgədəki oyunçular da ikili siyasət aparır: “Hesab edirəm ki, Rusiyada sonda Azərbaycan və Türkiyənin dediyini deyəcək”.