19 Noyabr 2021 18:39
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 Noyabr – Zəfər Günü münasibəti ilə Misir parlamentinin sabiq birinci vitse-spikeri, Seyyidlər İttifaqının sədri Seyyid Mahmud Şərif Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, Seyyid Mahmud Şərif təbrik məktubunda qardaş Azərbaycan Respublikasının Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə daim əmin-amanlıq və tərəqqi içində yaşamasını arzulayıb.

Azərbaycan parlamentinin rəhbərinə ən səmimi arzu və təbriklərini çatdırmaqdan iftixar və məmnunluq duyduqlarını bildirən sabiq birinci vitse-spiker vurğulayıb ki, qardaş Azərbaycana beynəlxalq səviyyədə tanınmış torpaqlarını qaytaran bu Zəfər həm Azərbaycanın, həm də bütövlükdə regionun inkişafına və çiçəklənməsinə töhfə verəcək.

Ölkəmizə etdiyi səfərlər zamanı burada ən müxtəlif sahələrdə inkişafın şahidi olduğunu məmnunluqla qeyd edən Seyyid Mahmud Şərif, eyni zamanda, Azərbaycanda dinc yanaşı yaşamağın və plüralizm dəyərlərinin bariz nümunəsini gördüyünü, həmçinin xalqlarımız arasında dərin məhəbbətin olduğunu vurğulayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər