27 Noyabr 2021 20:35
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən Brüssel görüşündən heç nə gözləmirəm. Görüş keçirilsin, Avropa İttifaqı nə edəcək? Azərbaycan prezidentinə deyəcək ki, Ermənistanın tələblərini yerinə yetirsin?! Xeyir! Haqq və hüquq Azərbaycanın tərəfindədir. Orada istəsələr belə Azərbaycanın əleyhinə hər hansı bir iş görə bilməzlər”.

Bunu Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Partiya sədri bildirib ki, bundan sonra Ermənistan tamamilə yumşalacaq və Azərbaycanın dediklərini həyata keçirməli olacaq. Onun sözlərinə görə, artıq Nikol Paşinyan üçün məsələni uzatmaq və ya gecikdirmək mümkün olmayacaq: “Nə qədər gecikdirmək, uzatmaq olar? Ayının bütün oyunları bir armudun başındadır. Azərbaycan əsaslı və sistemli iş aparır. Ermənisan imzalanan sənədləri yerinə yetirməli olacaq. Başqa seçimi yoxdur. Paşinyan nə qədər müstəqil addımlar atmağa cəhd etsə də, sonda Rusiyanın dediyi olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan iqtisadiyyatının 90 faizindən çoxu Rusiyaya məxsusdur”.


Müəllif: Nemət

Oxşar xəbərlər