28 Noyabr 2021 14:38
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Türkmənistanda keçirilən XV zirvəsində önəmli açıqlamalar verib.

Teleqraf.com “Anadolu”ya istinadən xəbər ki, Türkiyə lideri çıxışında Azərbaycana verilən dəstəyin bundan sonra da davam edəcəyini bildirib.

Prezident Ərdoğanın açıqlamalarında diqqətçəkən məqamlar belədir:

- Bölgəmiz PKK, YPG, FETÖ və İŞİD kimi qanlı terror təşkilatlarından təmizləndikcə sülh, sabitlik və iqtisadi inkişaf sürətlənəcək.

- Kipr məsələsində Kipr türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınması həllin açarıdır. İstəyirəm ki, bütün dost və qardaş ölkələr Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı məsələləri qərəzsiz dəyərləndirsinlər.

- Azərbaycanın regionda rifahın yüksəldilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilməlidir. Türkiyə olaraq qardaşlarımızın yanında olmağa davam edəcəyik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər