“Hazırda İrəvan-İstanbul təyyarə xətti açılır və qiymət təxminən 80 manatdır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, dəhlizin açılmasını gözləyir:
"Zəngəzur dəhlizinin açılmasını gözləyirəm ki, avtomobilli ilə İstanbula gedim. Dövlət də AZAL-a supsidiya verir. Ucuz şirkətlər gəlir və 1-2 aydan sonra qaçıb gedirlər. Bizim deputatların da sözü qalır havada. AZAL-da qiymətləri qaldıra-qaldıra getsin. Heç bir futbol komandasını da saxlaya bilmədilər”.