“Brüsseldə üçtərəfli görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevi birbaşa danışmaq üçün tək qoymuşdum”.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
Avropa İttifaqı Şurasının rəhbəri öz tərəfdən yardım və dəstəyin göstərilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, birbaşa danışmaq da çox vacibdir və faydalıdır.
Mişel həmçinin iki ölkə liderləri arasında birbaşa əlaqənin yaradılmasının vacibliyini vurğulayıb, Brüsseldəki kimi görüşlərin əhəmiyyətinə əminliyini ifadə edib:
“Biz mümkün insidentlərin və toqquşmaların qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa əlaqənin təmin edilməsində müsbət rol oynaya bilmişik”.