16 Dekabr 2021 12:28
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər kəs anlayır ki, Ermənistan öz tarixində ilk dəfə olaraq Türkiyənin bütün ilkin şərtlərini qəbul edib”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

Ekspert Türkiyə və Ermənistanı barışdırmaq üçün ABŞ-ın da fəallaşdığını bildirib:

“1992-ci il yanvarın 6-dan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ABŞ-ın xarici siyasətində prioritet məsələdir. Bütün mərhələlərdə, belə bir fürsət olanda Vaşinqton Ermənistan-Türkiyə prosesini dəstəkləyib. İndi Amerika siyasətinin intensivləşməsi də bununla bağlıdır. İndi hamımız Türkiyə və Azərbaycanla barışmağa razı olacağıq”.

Sərkisyan Ermənistan rəhbərliyinin bunun üçün Qarabağa olan qondarma iddiasından da əl çəkdiyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər