22 Dekabr 2021 17:02
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya NATO və ABŞ qarşısında müəyyən tələblər irəli sürüb. Mənim fikrimcə, Moskvanın niyyəti odur ki, onunla bu mövzuda danışıqlar aparılsın. Təbii ki, Rusiyanın NATO və ABŞ qarşısında irəli sürdüyü tələblərin qəbul edilməsi qeyri-mümkündür. Amma istisna etmirəm ki, Rusiya ilə təhlükəsizliklə bağlı danışıqlar ola bilər”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiya prezidenti Putinin ABŞ qarşısında irəli sürdüyü tələbləri şərh edərkən bildirib.

Rasim Musabəyov qeyd edib ki, NATO və ABŞ heç vaxt rəsmən Gürcüstan, Ukrayna və ya başqa dövləti üzvlüyünə qəbul etməyəyini bəyan etməyəcək: “Bunu qeyri-mümkün hesab edirəm. Amma praktik baxımından fərz edirəm ki, Rusiya bilavasitə hərbi müdaxilə etmədiyi təqdirdə Gürcüstan və Ukraynanın NATO-ya qəbulu məsələsi gündəlikdə olmayacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər