10 Yanvar 2022 22:12
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması regionun sabitliyi və rifahına töhfə verir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan ilə telefon danışığı zamanı bildirlib.

Telefon danışığı zamanı Türkiyənin Balkanlarda, Cənubi Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində rolunu davam etdirməkdə qətiyyətli olduğunu vurğulanıb.

Bundan əlavə, Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı son durum da müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər