Bu gün ATƏT-in Polşa sədrliyi Ermənistan-Azərbaycan sərhədində insan tələfatı ilə nəticələnən toqquşmaların yenidən başlanmasından dərin narahatlığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ATƏT-in Polşa sədrliyinin yaydığı bəyanatda bildirilib.
“Biz güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlayan məzmunlu siyasi dialoqu davam etdirməyə çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi regionda davamlı sülhün bərpa olunması və davamlı inkişafın təşviqi istiqamətində səyləri bərpa etmək və gücləndirmək üçün tərəfdaşlarla işləməyə sadiqdir”, - bəyanatda deyilir.