“Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, biz buna çox fəal və qətiyyətlə cavab verəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel söyləyib.
Onun sözlərinə görə, Avropa İttifaqı prosesləri çox yaxından izləyir: "Ukraynadakı durumun tənzimlənməsinə dəstək verməyə tam hazırıq”.