21 Fevral 2022 14:41
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən Müharibəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu, bölgədə və dünyada separatizmə sarsıdıcı zərbə vuruldu. Erməni faşizminin dayaqları sarsıldı, 30 illik işğal faktı başa çatdı. Bölgədə sülhə, təhlükəsizliyə başlıca maneə olan münaqişə artıq yoxdur. Azərbaycan yeni bir reallıq yaradıb. Bu reallıq məhz sülhü, əməkdaşlığı qaşlıqlı şəkildə dövlətlərin suverenliyinə hörmət müstəvisində inkişafı ehtiva edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun fikrincə, hələ də Qarabağda qalmış olan qondarma rejimin qalıqları hansısa bir foprmada “özlərini” göstərməyə çalışır: “Bu amil Ermənistandakı revanşizm hisslərdən qaynaqlanır. Onlar kimlərəsə arxalanıb özlərinin aqressiv siyasətini önə çəkmək istəyir. 44 günlük müharibədən aldıqları zərbə yəqin ki, Ermənistanda hələ də unudulmayıb. Azərbaycan dövlətinin iradəsi məhz ondan ibarətdir ki, bundan sonra bizə qarşı hər hansı təhlükə olacaqsa, dərhal sərt tədbirlər görüləcək. Revanşistlər və erməni cəmiyyətində hələ də köhnə təfəkkürdə yaşayanlar unutmasınlar ki, "Dəmir Yumruq" yerindədir”.

Millət vəkilinə görə, Ermənistan xarici işlər nazirliyinin qondarma rejimin qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı heç bir məntiqə əsaslanmır: “Ermənistanın separatçıları dəstəkləməsi və Azərbaycana qarşı ərazi iddiaları onlar üçün hansı nəticələrə gətirib çıxardığını unutmamalıdır. Bu aqressiv siyasət separatçılıq, bölgədə onilliklər ərzində davam edən geniş miqyaslı fəlakətə gətirib çıxardı. Eyni zamanda bu bölgədə uzun illər ərzində sülh və təhlükəsizliyə ciddi əngəl yaratdı”.

Cavid Osmanov hesab edir ki, bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistanın bu cür bəyanatları məntiqsizdir: “Xalqlarası nifaqı təşviq edən bəyanatla çıxış, etmək başqa ölkənin ərazisinə qarşı məsuliyyətsiz iddialar absurd yanaşmadır. Bu faktlar qarşı tərəfin baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir. Sözsüz ki, bu cür davranışların heç bir gələcəyi yoxdur. Bu sadəcə olaraq yenidən öz xalqına qarşı pislik etmək deməkdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər