22 Fevral 2022 11:13
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bütün hərbi əsirlər, bütün saxlanılan şəxslər müharibə bitdikdən sonra Ermənistana təhvil verilib”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin deputatı Soltan Məmmədov İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında çıxışında söyləyib.

“Hazırda mühakiməsi davam edən şəxslər müharibədən sonra tutulublar. Bütün bu tədbirlər beynəlxalq hüquqa uyğun olaraq keçirilir.

Mən bir daha Birinci Qarabağ müharibəsində taleyi məlum olmayan 4 000 azərbaycanlıdan bəhs etmək istəmirəm. Onlar əsir götürülüb, öldürülüblər. Bu məsələ Avropa İttifaqı ilə də müzakirə edilib”, - deputat vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər