“Suşa bəyannaməsi türklüyün ortaq bəyanıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat partiyasının (MHP) lideri Dövlət Bağçalı deyib.
MHP lideri Azərbaycanın Qarabağ zəfərinin bütün türk dünyasını oyatdığını bildirib:
“Türklüyün geosiyasi sahəsində kiçik düşünmək yem olmaq deməkdir. Kim bizi udmağa çalışsa, onları boğacağıq, nəfəslərini kəsəcəyik. Bilmirsinizsə xatırladım, bizim adımız türk millətidir. Biz sivilizasiyaların beşiyiyik və xalqların birləşdirilməsi rolunu oynayan mədəni qucaqlaşmanın son nöqtəsiyik. Bu gün adımıza üç qitə mənəvi abidələr var, bu, adımızın nə qədər əks-səda doğurduğunun sübutudur. “Bir türk dünyaya bədəldir” inancı sadə bir ifadə deyil. Harada bir soydaşımız varsa, gözümüz oradadır. Qarabağdan Krıma, Kiprdən Qüdsə qədər üç ayparanın xatirələri var. Məsələn, Xocalı da onlardan biridir. 1992-ci ildə amansızlıqla dolu bir gecədə Qarabağda soydaşlarımızın qanı töküldü.
Təbii ki, Azərbaycan İkinci Qarabağ müharibəsi ilə torpaqlarının 80 faizini işğaldan azad etdi. Türk coğrafiyası dirildildi, oyandı. Azərbaycan ordusunun əsgərləri silahlı erməniləri darmadağın etdi. Qarabağ da öz azadlığını qazandı. Türklüyün istiqlalı ilə oynayanlar doğulduqlarına peşman oldular.
Türkün türkə çiyin verməsinin nə olduğu dünyaya göstərildi. PUA-larımız dastan yazdı, Azərbaycanın gücünə güc qatdı. Bu qələbə tarixi sənəd hökmündədir.
Xocalı türkdür, Qarabağ türkdür. Bu tarixi həqiqəti heç kim dəyişdirə bilməyəcək. Bir dəfə yüksələn bayraq bir daha enməyəcək. Müqəddəratımız məhv olmayacaq. Suşa bəyannaməsi türklüyün ortaq bəyanıdır”.
Dövlət Bağçalı qeyd edib ki, Ukrayna böhranının Azərbaycana və digər türk cümhuriyyətlərinə sirayət etməməsi vacibdir.