1 Mart 2022 11:40
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Teleqraf.com ölkəmizdə böyük təcrübəyə malik, öz dəsti-xətti olan bir media quruluşudur. Ölkədə Kütləvi İnformasiya Vasitələri arasında Teleqraf.com özünə layiqli yer qazanıb. Bu sayt proseslərə düzgün yanaşır. İndiki dövr üçün bu, vacib amildir".

Bunu Teleqraf.com saytının 10 illik yubileyi ilə əlaqədar açıqlamasında Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor bildirib ki, biz millət vəkilləri olaraq bir çox hallarda öz aramızda sorğular aparırıq:

“Həmişə Teleqraf.com-a hər kəsin böyük hörmətlə yanaşdığını müşahidə etmişəm. Teleqraf Media Qrupunun rəhbəri Aynur xanım Camalqızını da biz yaxşı insan kimi tanıyırıq. Vaxtilə bizim deputat həmkarımız olub. Aynur xanım həmişə ölkəmizdə siyasi proseslərdə aktiv iştirak edən qadınlardan biri kimi tanınıb. Teleqrafın heyəti də bacarıqlı, savadlı, günün nəbzini tutmağı bacaran jurnalistlərdən ibarətdir.

Uzun on illər bu işdə böyük hədəflərə nail olmağı arzulayırıq. Bu saytın fəaliyyəti elə bir dövrə təsadüf edib ki, on il ərzində ölkəmizin həyatında bir sıra mühüm vacib və əlamətdar hadisələr baş verib. Biz qalib bir dövlət çevrildik. 44 günlük müharibə dövründə də ilk xəbərləri Teleqraf.com-dan alırdıq. Ən əsası da bu media quruluşunun hadisələrə, proseslərə obyektiv yanaşması var. Yalan, sensasiya xatirinə, şou naminə olan xəbərlər bu saytdan hər zaman uzaq olub. Məhz bu amil də hər zaman Teleqrafın reytinqini yüksəldib. Bir daha Teleqraf ailəsini ürəkdən təbrik edir, uğurlar arzulayıram. Bir istəyimiz də odur ki, ölkəmizdə olan bütün KİV-lər məhz bu saytın simasında olsun”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov da bu təbriklərə qoşulub.

O bildirib ki, obyektiv, düzgün və milli maraqlar naminə fəaliyyət göstərən media hər zaman qiymətlidir:

"Xüsusilə də indiki dövrdə bu daha vacibdir. Dünyada gedən proseslər göstərir ki, ən ümdə, vacib silah mediadır. Mediadan düzgün istifadə edilməklə böyük nailliyyətlər əldə etmək mümkündür. Bu nöqteyi nəzərdən səmimi deməliyəm ki, Teleqraf.com 44 günlük Vətən müharibəsindən öncə və sonra Azərbaycanın milli maraqları üçün çox yüksək səviyyədə bir fəaliyyət sərgiləyib. Məhz bu amillərə və 10 illik fəaliyyətinə görə Teleqraf ailəsini təbrik edir və yeni-yeni uğurlar arzulayıram.

Teleqraf.com kimi media qruplarının artıq ölkəmizin hüdudları çərçivəsindən çıxması daha vacibdir. Bizə ölkə hüdudlarından kənarda, dünya miqyasında da mütləq media müstəvisində addımlamaq lazımdır. Prezident İlham Əliyevin müharibə dövründə verdiyi müsahibələr bu gün hər bir media quruluşu üçün bir örnək, məktəb və nümunədir. Bir dövlətin müstəqilliyini qorumaq, saxlamaq üçün onun xalqı, iradəsi, lideri qüdrətli olmalıdır. Ancaq bu müstəqilliyi saxlamaq üçün də danışan dili, dünyaya təqdim edilən və olunacaq mövqeyi olmalıdır. Bu mövqeyi Azərbaycandan kənarda təqdim etmək üçün Teleqraf.com kimi informasiya daşıyıcıları, təhlil mərkəzləri lazımdır. Əminəm ki, qısa müddətdə Teleqraf.com kimi xəbər portalları “Reuters”, “BBC”, “Vaşinqton Post”la yanaşı dayanacaq. Dünyada tanınmış media mənsubları ilə Azərbaycanın media quruluşları da ölkəmizdən kənarda yaşayan insanları obyektiv şəkildə məlumatlandıracaq”.

Təbriklərə qoşulan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova müstəqillik əldə etdikdən sonra, digər sahələrdə olduğu kimi, informasiya mübadiləsi istiqamətində də yeni mərhələ başladığını deyib:

“Ötən müddət ərzində “Teleqraf” Media Qrupunda professional komanda formalaşıb. Obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə əsaslanaraq, geniş oxucu auditoriyası toplayıb. Bu gün ölkənin ən çox oxunan saytlarından olan Teleqraf.com və Publika.az-ın ad günüdür. Onlar ölkədə fəaliyyət göstərən və aktiv olan bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, ədəbiyyat, incəsənət xadimləri ilə müntəzəm əməkdaşlıq edir. Dövlətin informasiya siyasətinin həyata keçirilməsində öz layiqli töhfəsini verir. Bu saytlar Qarabağ münaqişəsi, 44 günlük Vətən müharibəsi zamanı fəal informasiya mübarizəsinə qoşulub. Bu gün də siyasət, sosial, iqtisadiyyat, mədəniyyət, idman sahələri üzrə ölkədə və dünyada baş verən mühüm xəbərləri operativ çatdırmaqla insanları məlumatlandırır, eyni zamanda maarifləndirir. Ona görə də hörmətli Aynur xanım başda olmaqla, Teleqraf ailəsini ürəkdən təbrik edir, can sağlığı və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə düzgün informasiya siyasətinin həyata keçirilməsində Teleqraf.com-un xüsusi yerinin, başqalarına nümunə olduğunu qeyd edib:

Qlobal dünyada informasiyanın önəmi olduqca böyükdür. Regionda və qlobal müstəvidə baş verən proseslərin təhlili cəmiyyətə dolğun informasiyaların çatdırılmasını zəruri edir. Bu işdə öz üzərinə düşən missiyanı uğurla icra edən "Teleqraf" Media Qrupunu fəaliyyətlərinin 10 ili tamam olması münasibətilə təbrik edirəm.

İstər Vətən müharibəsindən əvvəl, istərsə də 44 günlük müharibə dövründə və ondan sonrakı müddətdə Teleqraf.com saytı proseslərə obyektiv, peşəkar yanaşma sərgiləyib. Bu işdə Teleqraf ailəsinə uğurlar arzulayır, daha geniş spektorda fəaliyyətlərinin davam etməsi, ölkəmizin milli maraqlarının qorunması, təbliğ edilməsi işində uğurlar diləyirəm”.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov təbriklərə qoşularaq bildirib ki, medianın gücü bu gün qlobal miqyasda ölçülür:

“Hər bir ölkə özünün informasiya siyasəti ilə maraqlarını daha geniş şəkildə təbliğ etməkdə maraqlıdır. Bu gün ölkəmizdə çox sayda media quruluşları, xəbər saytları, agentliklər mövcuddur. Bu sırada özünə yer tutmaq, daimi oxucu toplamaq olduqca çətindir. Sözsüz ki, burada başlıca prinsip özəl informasiyaların, təhlillərin və şərhlərin olmasıdır.

Bu baxımdan "Teleqraf" Media Qrupu da hər zaman özünə məxsusluğu ilə seçilib. Azərbaycan hüdudlarından kənarda olan insanlar da hər zaman ölkə daxilində olan məlumatları yerli informasiya məkanlarından əldə edir. Bu mənada yerli informasiya agentlikləri də ölkə maraqlarını əhatə edən xəbərləri daha çox tirajlamaqla dövlətin düzgün informasiya siyasətinə öz töhfələrini vermiş olur. "Teleqraf" Media Qrupuna daxil olan saytlar da (Teleqraf.com, Publika.az, Axar.az) hər zaman düzgün informasiyanın çatdırılmasında nümunə olub. Bu saytlar Qarabağ probleminin mövcudluğu dövründə informasiya müharibəsində xüsusilə fərqlənib. 44 günlük Vətən müharibəsi dövründə Teleqraf.com saytı ölkənin milli təhlükəsizliyini, xalqın maraq və mənafelərini ifadə edən yazılarla, müsahibələrlə, şərhlərlə çıxş edib. Post-müharibə dövründə də saytın üzərinə mühüm vəzifələr düşür. Ona görə də Teleqraf.com saytının kollektivini fəaliyyətə başlamalarının 10 illik yubileyi münasibətilə bütün təbrik edir, bundan sonrakı işlərində də yeni uğurlar arzulayıram”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər