Müdafiə naziri Sergey Şoyqunun Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyata görə hazırda media fəaliyyətinə vaxtı yoxdur.
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Müdafiə nazirinin indi çoxlu işləri var, xüsusi hərbi əməliyyat gedir. Təbii ki, indi aktiv media fəaliyyəti üçün o qədər də vaxtı yoxdu, bu, tamamilə başa düşüləndir", - Peskov bildirib.
Qeyd edək ki, martın 23-də rusiyalı araşdırmaçı jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkib.
Şoyqunun martın 11-dən mediada görünməməsi şayiələrin yayılmasına səbəb olub. Hətta onun Ukraynada ildırımsürətli müharibə planının alınmamasına görə Putinin qəzəbinə gəldiyi, bəziləri isə səhhətində ciddi problem olduğunu iddia edir.