Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı açıqlamalarına münasibət bildirib.
Teleqraf.com-un xəbərinə görə, nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, deputatın fikirləri qəbuledilməzdir.
“Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir”, - XİN rəsmisi söyləyib.