30 Mart 2022 22:41
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı bu gün Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin görüşünə ev sahibliyi edib.

Teleqraf.com bu barədə Aİ-nin saytına istinadən xəbər verir.

Görüş hər iki ölkə arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilib.

Xüsusilə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, bugünkü görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib.

Hikmət Hacıyev və Armen Qriqoryan substantiv müzakirələr zamanı 14 dekabr 2021-ci ildə Brüsseldə keçirilən hər iki ölkənin liderlərinin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Azərbaycanla Ermənistan arasında siyasi və təhlükəsizlik vəziyyəti kimi məsələlərin spektrini nəzərdən keçiriblər. Tərəflər liderlərin 14 dekabr 2021-ci il tarixli görüşündə qaldırılan məsələlərlə yanaşı, müzakirələri davam etdirmək üçün növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər. Növbəti görüşdə ölkələr arasında sülh sazişinin perspektivləri ilə bağlı məsələlər də müzakirə mövzusu olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər