7 May 2022 12:12
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq konfransda söylədikləri tarixi gerçəklikləri olduğu kimi əks etdirir. Regionun həm çarizm, həm də cumhuriyyət dövrünə aid xəritəsi var. İndi Ermənistanın tərkibində olan ərazilər tarixi Azərbaycan torpaqlarıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professor bildirib ki, İrəvanın paytaxt olaraq ermənilərə verilməsi ilə bağlı rəsmi sənədlər mövcuddur:

“1918-1920-ci illərin xəritələri var. Həmin dövrlər Azərbaycan Xalq Cumhuriyyətinin ərazisi təqribən 114 min kvadrat kilometr olub. Ona görə də Ermənistan bu tarixi faktdan qaça bilməz. Əgər Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələlərlə manipuliyasiya etsə, o zaman Azərbaycan dövləti Cumhuriyyət xəritələrini ortaya qoya bilər”.

Millət vəkilinə görə, Azərbaycanın dövlət müstəqiliyinin bərpası haqqında Konstitusiya Aktında yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir: “Varisidirsə, deməli ölkəmiz Cumhuriyyət dövründəki sərhədlərində olmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər