9 İyun 2022 14:44
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT PA-nın vitse-prezidenti və Cənub Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev 6-9 iyun tarixlərində Rumıniya və Bolqarıstan etdiyi səfər çərçivəsində parlament, hökumət və siyasi partiya nümayəndələri ilə silsilə görüşlər keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ATƏT PA-nın yaydığı rəsmi açıqlamada deyilir.

Cənub Şərqi Avropa regionu haqqında ATƏT PA-nın İllik Sessiyasına təqdim ediləcək hesabatı ətraflı və obyektiv hazırlamaq üçün Rumıniya və Bolqarıstana səfərlər çox səmərəli oldu. Buxarest və Sofiyada yüksək səviyyəli dövlət rəsmiləri və siyasi institutların təmsilçiləri ilə keçirilən görüşlərdə regionda cərayan edən proseslər, regional əməkdaşlıq imkanları, regionun üzləşdiyi problemlər və çağırışlar, həmçinin ölkə daxilindəki siyasi hadisələrdən bəhs edildi. Bu ölkədə keçirilən son parlament seçkiləri haqqında ətraflı məlumat verildi və bu mövzularda maraqlı müzakirələr aparıldı.

Azay Quliyev Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzvlüyü məsələsinə Rumıniya və Bolqarıstanın dəstək olmalarının əhəmiyyətini, Bolqarıstanla Şimali Makedoniya arasında mövcud olan problemlərin və fikir ayrılıqlarının tezliklə və dialoq yolu ilə aradan qaldırılmasının vacibliyini qeyd edib. Xüsusi nümayəndə Qərbi Balkan ölkələrinin Avro-atlantik məkana sürətlə inteqrasiya olunmasının regionda davamlı sabitliyə və təhlükəsizliyə ciddi töhvə verəcəyini və bu prosesin uğurla başa çatması, siyasi, hüquqi və iqtisadi islahatların dərinləşməsi istiqamətində ATƏT PA-nın müvafiq dəstək verməyə hazır olduğunu bildirib.

Xüsusi nümayəndə həmçinin Rumıniyanın bir milyona yaxın ukraynalı qaçqına ev sahiblıyi etməsi faktını təqdir etdiyini və müharibədən əziyyət çəkən ukraynalılara humanitar yardımın daha da artırılmasına olan ehtiyacı diqqətə çatdırıb. ATƏT PA-nın xüsusi nümayəndəsinə Rumıniyanın Şengen zonasına qəbul edilməsi ilə bağlı aparılan danışıqlar, hər iki ölkənin enerji təhlükəsizliyini təmin edilməsi və bərpa olunan enerji mənbələrinin artırılması istiqamətində gördükləri işlər bərədə məlumat verilib.

ATƏT PA-nın xüsusi nümayəndəsi bu ilin 14-16 oktyabr tarxilərində ATƏT PA-nın payız sesssiyasına ev sahibliyi edəcəyinə görə Bolqarıstan Parlamentinin rəhbərliyinə təşəkkür edib və Sessiyanın ATƏT ərazisində təhlükəsizlik arxirekturasının zədələndiyi vaxtda keçirələcəyinin asan olmadığını diqqətə çatdırıb. Səfər çərçivəsində xüsusi nümayəndə ATƏT PA-nın miqrasiya üzrə alt-komitəsinin sədri Kristian Vigeninlə Ukrayndakı müharibə nəticəsində yaşanan qaçqın axını və qida təhlükəsizliyi məsələlərini də müzakirə edib.

ATƏT PA-nın yaydığı açıqlamada bildiriilir ki, hər iki ölkədə aparılan müzakirərlər zamanı regiondakı mövcud problemlərin həllinə dəstək, dialoq imkanlarını genişləndirmək, parlament diplomatiyasına daha çox yer vermək üçün Cənubi Şərqi Avropa ölkələrini Parlament Forumunun/Konfrasnının yaradılması haqqında Azay Quliyevin irəli sürdüyü təklif dəstəklənib.

Xatırladaq ki, ATƏT PA-nın Cənub Şərqi Avropa üzrə xüsusi nümayəndəsinin mandatına Türkiyə, Yunanıstan, Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Albaniya, Rumıniya və Bolqarıstan daxildir. Xüsusi nümayəndə əsasən bu ölkələlərdə siyasi və seçki proseslərinin, habelə dövlət quruculuğu və demokratiya sahəsində aparılan islahatların izlənilməsi, Cənubi Şərqi Avropa regionunda əməkdaşlıq, bölgə ölkələrinin müəyyən etdiyi xarici siyasət prioritetlərinin təkamülü də daxil olmaqla, bölgədəki əsas siyasi və digər hadisələrin monitorinqini aparır. Bundan başqa, xüsusi nümayəndə regional əməkdaşlıq proseslərini inkişaf etdirmək üçün parlament səviyyəsində əməkdaşlığa xüsusi yer ayırmalı, regional dialoqun inkişafına töhfə verməlidir. Eyni zamanda xüsusi nümayəndənin mandatına ATƏT-in sahə əməliyyatlarının dəstəklənməsi, ATƏT-lə ATƏT PA arasında fəaliyyətin əlaqələndirilməsi, Cənub-Şərqi Avropada miqrasiya və terrorizmlə mübarizə sahəsində ATƏT institutları ilə Assambleyanın komitələri arasında kommunikasiyanın qurulmasına yardım etmək daxildir.


Müəllif: Tapdıq Qurbanlı