2 Avqust 2022 13:01
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qlobal təhlükəsizlik, sabitlik və iqtisadi inkişafla bağlı çağırışların artdığı dövrdə Özbəkistan, Azərbaycan və Türkiyə arasında yeni üçtərəfli platforma regional əməkdaşlığı inkişaf etdirmək üçün mövcud səylərə uyğun gəlir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatının birinci iclasında çıxışı zamanı söyləyib.

“Gözləyirik ki, xarici işlər, iqtisadiyyat, nəqliyyat nazirlərinin rəhbərlərinin iştirakı ilə bu unikal əməkdaşlıq formatı ikitərəfli əlaqələrlə yanaşı, sektorlararası qarşılıqlı fəaliyyətin, iqtisadi-ticari əlaqələrin, həmçinin transsərhəd biznes fəaliyyətinin genişlənməsinə töhfə verəcək”, - nazir bildirib.

Ceyhun Bayramov yeni platformanın gələcəkdə nəzərdən keçiriləcək daimi formata çevriləcəyinə əminliyini ifadə edib:

“Nəqliyyat infrastrukturunun inkişafına əsaslanan nəqliyyat kommunikasiyaları sahəsində səmərəli və davamlı əməkdaşlığın təmin edilməsi məqsədilə bu əməkdaşlığı gücləndirmək üçün birgə və əlaqələndirilmiş səylər həlledici əhəmiyyət kəsb edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər