3 Avqust 2022 22:42
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycanı Laçın dəhlizi və təmas xətti ətrafında son hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında bildirilir.

Qeyd edilir ki, əsas məqam gərginliyin azaldılması, atəşkəs rejiminə tam əməl olunması və danışıqlar masasına qayıtmaqdır. Aİ gərginliyin aradan qaldırılmasına sadiqdir.

“Avropa İttifaqı Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və təmas xəttinin digər ərazilərində gedən hərbi əməliyyatları dərhal dayandırmağa çağırır. Təəssüf ki, bu toqquşmalar artıq insan tələfatı və xəsarətlərlə nəticələnib.

Deeskalasiyaya nail olmaq, atəşkəsə tam hörmət etmək və razılaşdırılmış həll yollarını tapmaq üçün danışıqlar masasına qayıtmaq olduqca vacibdir.

Avropa İttifaqı gərginliyin həllinə kömək etməkdə və Cənubi Qafqazda davamlı sülh və sabitliyə töhfə verməkdə davam etməkdə sadiqdir”, - bəyanatda vurğulanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər