22 Avqust 2022 16:03
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, Baş nazir qeyd edib ki, Rusiya Federasiyasının Ulyanovsk vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Qırğızıstan vətəndaşlarının həlak olması və yaralanması xəbəri onu dərindən sarsıdıb.

Məktubda Qırğızıstan Nazirlər Kabinetinin sədrinə, həmçinin həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı verilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər