12 Sentyabr 2022 21:13
2 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əslində Ukraynada “hərbi inqilab” baş verir. Son 6 ayda uduzan Ukraynada birdən-birə hər şey dəyişir və Kiyev uduş mərhələsinə keçir. Hadisələrin gedişatı göstərir ki, Rusiya gözlənilməz zərbələr alır, həm də Ukrayna toparlanıb. Bəzi məlumatlara görə, üç min kvadratkilometrlik ərazi azad edilib. Ukrayna şimalda, cənubda və şərq istiqamətində hərbi uğur əldə edib. Əslində İzyum şəhərinin alınması uğurun göstəricisidir. Bu şəhər mühüm əhəmiyyət kəsb edir. Ukraynanın şimalından cənubuna keçən yolların qovşağıdır. Eləcədə ruslar İzyumdan Ukraynanın Qara və Azov dənizlərinə çıxışını bağlamaq məqsədilə istifadə edirdi. Rusiya bütün gücünü cənuba cəmlədi, şimal və şərq yadından çıxdı. Nəticədə Ukrayna məhz bu ərazidən zərbə vurdu”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

Politoloq əlavə edib ki, hazırda Rusiya Ukrayna ilə danışıqlara getməyin tərəfindədir, Türkiyə przidenti Ərdoğana daha çox yaxınlaşmaq istəyir: “Ərdoğan söz verib ki, sentyabrın 15-də Səmərqənddə Putinlə müzakirə aparacaq. Eyni zamanda Rusiya-Ukrayna arasında sülh əldə olunsun deyə Ərdoğan Baydenlə görüşündə bu məsələni müzakirə edəcək. Hazırda Ərdoğan ilk irmiliyin lideri idisə, hazırda ilk “beşlikdədir”. Məsələn, Ukrayna taxılının dünya bazarına çıxarılması məsələsini Ərdoğan həll edib. Hazırda Ərdoğan Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılmasına töhvə verə bilər. Amma Prezident Zelenskinin təkifləri olduqca ağırdır və Rusiyanın bunu qəbul edəcəyini güman etmirəm. Rusiyanın da vəziyyəti pisdir. Rusiya ABŞ və Qərbin siyasi bataqlığına düşüb. Məsələn, eyni ssenarini ABŞ Çinə etdi, amma Pekin Tayvana müdaxilə etmədi. İndi Rusiyanın Ukraynaya etdiyi müdaxilə hazırda özünə ciddi problemlər yaradır”.

C.Nuriyev xatırladıb ki, hələ SSRİ zamanı sovet ordusunun hərbi elitasının az qala 70 faizini ukraynalılar təşkil edib: “İndi də Rusiyanın hərbi elitasının aparıcı hissəsi ukraynakökənlidir. Onlar da vuruşmaq istəmir. Hazırda müharibədə əsasən yakutlar, bruyatlar, Şimali Qafqaz xalqıarı iştirak edir. Rusiyanın müharibədə ölən hər üç əskərindən ikisi ruskökənli deyil. Ona görə də Rusiyanın çıxış yolu qalmayıb, resursları da tükənir. Üstəlik səfərbərlik də edə bilmir, çünki müharibə elan etməyib”.

Politloloq söyləyib ki, Rusiya istədiyini əldə edə bilməyib və indi də şok vəziyyətinə düşüb: “Ordu geri çəkilir. Ukraynada öz ərazisində vuruşur”.


Müəllif: Nemət

Oxşar xəbərlər