22 Sentyabr 2022 00:10
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının xarici və Avropa işləri naziri Rastislav Kaçerlə görüşüb.

Teleqraf.com xəbər verir ki, məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Nazir Ceyhun Bayramov həmkarını yeni təyinatı münasibətilə təbrik edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib. İqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı, habelə qarşılıqlı investisiyaların təşviqi məqsədilə tərəfimizdən ardıcıl işin aparılmasının əhəmiyyəti vurğulanıb.

Nazir, həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, Ermənistan tərəfinin sözügedən bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları və son təxribatları, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhdid olan mina təhlükəsi ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Nazir Rastislav Kaçer ökələrimiz arasında mövcud olan siyasi dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. O, dövlətlərarası münasibətlərin təməlində duran beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb. Slovakiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini, əməkdaşlığı, iqtisadiyyat və ticarət sahəsində əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. Slovakiyanın geniş təcrübəsini və malik olduğu texnologiyaları nəzərə alaraq, minasızlaşdırma sahəsində səylərə dəstək vermək niyyətini diqqətə çatdırıb.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər