"Ermənistanın cəzalandırılmaması onları təxribatları davam etdirməyə bir qədər də ruhlandırır".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.
"Erməni diversiya qrupları əzəli torpaqlarımızda mina basdırılması prosesini davam etdirirlər. Biz dəfələrlə beynəlxalq tərəfdaşlarımıza bu məsələ ilə bağlı müraciət etmişik. Onları dərhal və sərt reaksiya verməyə çağırmışıq", - Azərbaycan Ombudsmanı əlavə edib.