25 Oktyabr 2022 15:49
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun 4 saata yaxın müddət ərzində Azərbaycan Ordusunun Kəlbəcər və Tovuz rayonu istiqamətində mövcud olan mövqelərini atəşə tutması növbəti təxribat cəhdidir. Çünki yaşayış məntəqələri yaxınlığında yerləşən Azərbaycan mövqelərinin atəşə tutulması Ermənistanın regionda sülhün bərqərar olmasında maraqlı olmadığını nümayiş etdirir. Bu ölkə növbəti dəfə nümayiş göstərir ki, sülh müqaviləsinin imzalanması naminə vermiş olduğu bəyanatlar söz yığınından ibarətdir.

Bunu Teleqraf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.

O hesab edir ki, bizim üçün bu vəziyyət tamamilə qəbuledilməzdir:

“Ermənistan tərəfinin Avropa İttifaqının mülki müşahidə missiyasının, həm də ATƏT-in faktaraşdırıcı missiyasının bölgədə olduğu zaman bu cür təxribata əl atmasında məqsədi başqadır. Qarşı tərəf düşünür ki, atəşkəsi pozmaqla Azərbaycan ona adekvat cavab verəcək. Məhz bunun fonunda Azərbaycanın Ermənistana zərbə vurmağa məcbur etmək məqsədi güdülür”.

Hərbi ekspertə görə, Ermənistanın hansı məqsədilə atəşkəsi pozması tamamilə əhəmiyyətsizdir:

“Azərbaycan-Ermənistan arasında onsuzda delimitasiya olunmayan bir sərhəd xətti var. Bu şərti sərhəd xəttində Avropa İttifaqının missiyasının harada və necə yerləşdiriləcəyi də sual altındadır. Ona görə də Azərbaycanın təhlükəsizlik qüvvələri üçün Ermənistanın hansı məqsədlə addım atmasını dərindən araşdırmağa ehtiyac yoxdur. Bu diplomatların və siyasətçilərin işidir. Ordumuz atəş açılan istənilən düşmən mövqeyini darmadağın etməklə həmin ərazilərdə bayrağımız ucaldılmalı və orada şəxsi heyətimiz yerləşdirilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər